Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Qazaxıstanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı toplantı keçirilib

Qazaxıstanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Beynəlxalq Assosasiyasının (BA) Hüquqi Şəxslər Birliyinin (HŞB) Ümumi yığıncağı  və TBNM-in inkişafına dair İşçi qrupunun iclası keçirilib.

Toplantının ilk günü Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin xatirəsi yad olunub, yaralılara şəfa dilənib.

Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Rumıniyanın əlaqədar qurumlarının iştirakı ilə baş tutan iki günlük toplantıda  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) qurumun  sədr müavini Zaur Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti  təmsil edib.

TBNM-in inkişafına dair İşçi qrupunun iclasında Ümumi yığıncaq zamanı müzakirə olunacaq  bəzi məsələlərin gündəliyi  təsdiqlənib.

Ümumi yığıncaqda TBNM BA HŞB-nin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatı, 2023-cü il üzrə təsdiqənmiş tarif dərəcələri, eyni zamanda bu il üçün yükdaşıma planı, yeni assosiativ üzvlərin qəbulu məsələləri müzakirə olunub.

Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi vurğulanıb.

Yığıncağın sonunda müvafiq protokol imzalanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır