Rusiyaya məxsus balıqçı gəmisində baş verən yanğın söndürülüb
İstanbulun Tuzla bölgəsindəki gəmiqayırma zavodunda təmir olunan Rusiyanın “Ester” balıqçı gəmisində dünən axşam saatlarında yanğın baş verib.
Bu barədə “RİA Novosti”-yə Rusiya Federasiyasının Baş Konsulluğundan məlumat verilib.
"Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, saat 22:00 radələrində yanğın söndürülüb. Türkiyə fövqəladə hallar xidmətinin məlumatına görə, itki yoxdur", - diplomatik nümayəndəlikdən bildiriblər.
Rusiya Federasiyasının 66 vətəndaşından ibarət gəminin heyəti müvəqqəti olaraq qonşu “Baltic Spit” gəmisinə yerləşdirilib.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


