Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-24,
Seanews
Heyder Eliyev

Dənizçilər Atlantik okeanında təkbaşına qayıqla üzən idmançını xilas ediblər

"Zodiac Maritime" şirkətinə məxsus "Horten" adlı tanker Atlantik okeanında Puerto-Rikonun şərqində təkbaşına qayıqla üzən belçikalı idmançını xilas edib.

"Seanews.az" xəbər verir ki, hadisə idmançının "City of Liverpool" adlı qayığının aşması nəticəsində baş verib.

Məlumata görə, 47 yaşlı Benoit Bourguetin qayığı 13–15 fut hündürlüyündə dalğalar zamanı dalğanın təsirinə məruz qalaraq aşıb. Bu səbəbdən idmançı xilasedici salını açaraq ona minməyə məcbur olub. O, "World’s Toughest Row Race" (Dünyanın ən çətin avarçəkmə yarışı) yarışında iştirak edirdi.

Bourguetin xilas edilməsi "Horten" tankerinin heyəti tərəfindən ABŞ Sahil Mühafizəsi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib.

"Horten" gəmisi Almaniyadan Qayananın dənizdə yerləşən yataqlarına doğru səfərdə olarkən daxil olan qəza siqnalını qəbul edib və istiqamətini dəyişərək təxminən 110 mil məsafəni qət edib. Gəmi 12 saatdan çox yol gedərək hadisə yerinə çatıb. Əraziyə yaxınlaşdıqdan sonra heyət xilasedici salı görüb, sağ qalan şəxsin olduğunu təsdiqləyib və güclü dalğalara baxmayaraq Bourgueti xilasetmə dairəsi vasitəsilə göyərtəyə çıxarıb.

Bourguet susuz qalmış vəziyyətdə olsa da, ümumilikdə sağlamlığının yaxşı olduğu bildirilib. O, təxminən 24 saat ərzində köməksiz vəziyyətdə qaldığını deyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır