"Hengli" şirkəti "Eastern Pacific Shipping" üçün iki ədəd tanker inşa edəcək
"Hengli Heavy Industry" şirkəti "Eastern Pacific Shipping" üçün hər biri 306 000 dwt olan iki ədəd VLCC (Very Large Crude Carrier) tanker inşa edəcək.
"Seanews.az" xəbər verir ki, gəmilərin 2028-ci ilin ikinci yarısında təhvil verilməsi planlaşdırılır.
"Hengli Heavy Industry" bildirib ki, bu müqavilə şirkətin gələcək fəaliyyətinə müsbət təsir göstərəcək, orta və uzunmüddətli dövrdə bazar rəqabət qabiliyyətini və gəlirliliyini gücləndirəcək, nəticə etibarilə bazardakı mövqeyimizi daha da möhkəmləndirəcək.
Xatırladaq ki, bu ayın əvvəlində "Hengli" "Frontline" şirkətindən iki, "Dynacom Tankers"dən isə dörd VLCC üçün sifariş aldığını açıqlamışdı. Həmin gəmilərin də hamısının 2028-ci ilin ikinci yarısından etibarən təhvil verilməsi nəzərdə tutulur.

