“Maersk” yeni regional struktur yaradıb
Müştəri xidmətinin inteqrasiyası və optimallaşdırılması strategiyasının bir hissəsi kimi, “A.P. Moller‒Maersk” (“Maersk”) iki inkişaf etməkdə olan bazarı - Qərbi və Mərkəzi Asiya və Afrikanı vahid IMEA regionunda birləşdirir.
Bu barədə “Maersk”-in mətbuat xidməti məlumat yayıb.
Bölgə Hindistan, Pakistan, BƏƏ, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Keniya, Fil Dişi Sahili, Kamerun, Nigeriya, Seneqal və Qana kimi mühüm bazarlar da daxil olmaqla, Hindistan yarımadasının, Yaxın Şərqin və Afrikanın əsas coğrafi ərazilərini əhatə edəcək.
“IMEA bütün dünyada istehsal və istehlak bazarlarını birləşdirəcək dəniz və hava nəqliyyatı qovşaqların yaradılması üçün əlverişlidir. Bu, tədarük zəncirlərini əlavə çıxış ilə təmin edəcək ki, bu da səmərəliliyi artıracaq”, - deyə şirkətin açıqlamasında bildirilir.
“A.P. Moller‒Maersk” dünyanın 130-dan çox ölkəsində fəaliyyət göstərən nəhəng beynəlxalq şirkətlər qrupudur. Ən böyük xətti konteyner daşıyıcısı “Maersk Line” da bu qrupa daxildir.
“Seanews.az”


