Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

Veteran dənizçi Yaşar Dadaşov ziyarət olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) veteran əməkdaşı, kapitan Yaşar Dadaşov 88 yaşını qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər. Görüşdə Yaşar Dadaşovun dənizçilik sahəsindəki xidmətləri xatırlanıb. Həmkarları ona ASCO ailəsinin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar. Diqqət və qayğıya görə təşəkkürünü bildirən qocaman dənizçi qarşıdan gələn Novruz bayramı münasibətilə hər kəsi təbrik edib.

Qeyd edək ki, Yaşar Dadaşov 1935-ci ildə Bakı şəhərində doğulub.

O, 1951-ci ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinə daxil olub. 1955-ci ildə təhsilini bitirdikdən sonra Xəzər Dəniz Gəmiçilik İdarəsinin “Komsomolsk” sərnişin gəmisində kapitanın 3-cü köməkçisi kimi işə başlayıb. 1960-cı ildə baş köməkçi vəzifəsinə yüksəlib. Təcrübəli dənizçi uzun müddət xarici sularda da üzüb.

O, səmərəli əmək fəaliyyətinə görə bir çox orden və medallara, o cümlədən 2003-cü ildə  “Şöhrət” ordeninə layiq görülüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır