Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-06-02,
Seanews
Heyder Eliyev

Yeni körpülərə tutumu 18 000 TEU olan konteyner gəmiləri yan ala biləcək

“APM Terminals” Vyetnamın “HATECO” qrupu ilə ölkənin şimalındakı Lak Huyen (Hayfon) konteyner limanında iki yeni dərin su körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq müqaviləsi bağlayıb.

“Seanews.az”-ın məlumatına görə, “APM Terminals” maliyyə, əməliyyat və texniki dəstək göstərəcək. Layihənin həyata keçirilməsi Vyetnamın şimalı ilə Aİ və ABŞ bazarları arasında idxal-ixrac mallarının axınını sürətləndirəcək və bu regionda əsas müştərilər və yük sahibləri üçün yeni imkanlar yaradacaq.

Layihənin digər tərəfdaşı kimi Danimarkanın “Maersk” qrupu seçilib. Layihə ümumi uzunluğu 900 metr (hər biri 450 metr) olan iki yanalma körpüsünün tikintisini nəzərdə tutur. Körpülərə tutumu 18 000 TEU-dək olan konteyner gəmiləri yan ala biləcək.

Layihənin investoru olan “HATECO” 2024-cü ilin sonuna qədər bütün tikinti işlərini və avadanlıqların quraşdırılmasını başa çatdırmaq niyyətindədir. Yeni terminalın istifadəyə verilməsi 2025-ci ilin birinci rübünə planlaşdırılır. Layihənin birinci mərhələsinə terminalda pnevmatik təkərlər üzərində beş yanalma kranı-yükləyici və 14 portal kranın yerləşdirilməsi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır