Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Piratlar Qvineya körfəzində Danimarka tankerini ələ keçiriblər

Piratlar Qvineya körfəzində Danimarkanın “Monjasa” şirkətinə məxsus tankeri ələ keçiriblər. TASS xəbər verir ki, bu barədə çərşənbə axşamı okeanlarda gəmilərin hərəkətini izləyən “Trade Winds” portalı məlumat yayıb.

Qeyd edilib ki, Liberiya bayraqlı tanker martın 25-də axşam saatlarında Konqo Respublikasının cənub sahilindəki Pointe-Noire limanından 260 km aralıda hücuma məruz qalıb. Gəmidə dizel yanacağı var.

Gəmi sahibinin dediyinə görə, ələ keçirilən zaman tankerdə 16 heyət üzvü olub. "Bütün dənizçilər təhlükəsiz əraziyə sığınmağı bacarıblar, onlar təhlükəsizdirlər", - deyə sahibi şərhində bildirib.

Afrikanın sahilyanı ölkələri son iki ildə Qvineya körfəzində təhlükəsiz naviqasiyanı təmin etmək üçün əhəmiyyətli işlər görüblər. Buna baxmayaraq, hələ Dünya okeanının təhlükəli zonası kimi qalır. Beynəlxalq Dəniz Bürosu qeyd edir ki, keçən il Qvineya körfəzində 19 pirat hadisəsi baş verib, 2021-ci ildə bu rəqəm 35, 2020-ci ildə isə 84 olub.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır