Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

ADK-da 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecində (ADK) 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində soyqırım qurbanları ilə yanaşı Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Sonra tələbələrə soyqırımın tarixi haqqında məlumat verildi. Bildirildi ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub.

Tədbirdə tələbələrin ifasinda vətənpərvərlik ruhunda şeirlər səsləndi və 31 mart hadisələri haqqında video nümayiş olundu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır