Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ASCO könüllü qanvermə aksiyası keçirib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) könüllü qanvermə aksiyası təşkil olunub.

ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun akt zalında təşkil olunan nəcib tədbirdə əməkdaşlar həvəslə iştirak ediblər. Onlar belə aksiyalarda iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Humanitar aksiyada toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Respublika Qan Bankına təhvil veriləcək.

Qeyd edək ki, qanvermə aksiyası Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır