Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Yeni sanksiyaların tətbiqinin gəmiçilik sisteminə ziyan vuracağını düşünənlər var

Rusiya neftinin dəniz yolu ilə daşınmasını məhdudlaşdıran yeni sanksiyaların tətbiqi Moskvanın siyasətinə çətin ki, təsir göstərsin, lakin gəmiçilik sisteminə ziyan vuracaq.

Bu fikri Britaniyanın “Lloyd's of London” sığorta bazarının dəniz və aviasiya sığortasının rəhbəri Nil Roberts “LinkedIn”-də dərc olunan məqaləsində bildirib.

“Son 15 ayın təcrübəsinə əsaslansaq, dəniz nəqliyyatına və bunu həyata keçirməyə kömək edənlərə qarşı növbəti tədbirlər paketinin elan edilməsi çətin ki, strateji vəziyyəti dəyişəcək və yalnız dəniz yolu ilə qanuni təchizat sistemini pisləşdirəcək”, - deyən Roberts bu istiqamətdəki sanksiyalar siyasətinin Rusiyanı hər hansı şəkildə öz kursunu dəyişməyə məcbur edəcəyinə şübhə ilə yanaşdığını bildirib.

Lloyd's-un təmsilçisinin fikrinə görə, "sanksiyaların ikitərəfli xarakteri" ilə bağlı problemlər gələcəkdə daha da kəskinləşəcək və məhdudlaşdırıcı tədbirlərə universal dəstəyin olmadığı bir şəraitdə Qərb yeni alətlər axtarmalı və daha düşünülmüş hərəkət etməlidir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır