“Wallenius Lines” şirkətinə yeni baş direktor təyin edilib
Erik Nyoklebi “Wallenius Lines” şirkətinin yeni baş direktoru təyin edilib.
“Seanews.az” xəbər verir ki, o, oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.
E. Nyoklebi gəmiçilik sənayesində və xüsusən də avtomobil daşıyıcısı seqmentində böyük təcrübəyə malikdir. O, 1999-cu ildə “EUKOR”-da, həmçinin “Wallenius Wilhelmsen Lines” şirkətinin müxtəlif bölmələrində çalışıb. E. Nyoklebi 2020-ci ildən Cənubi Koreyada yerləşən “Wallenius Wilhelmsen Shipping” şirkətinə cavabdehdir.
Yeni vəzifədə E. Nyoklebi “Wallenius Wilhelmsen Lines”-in Direktorlar Şurasının sədri, həmçinin “Wallenius Lines Soya Group”-un baş direktoru və Direktorlar Şurasının sədri vəzifələrində qalacaq Yonas Kleberqi əvəz edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır