Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-17,
Seanews
Heyder Eliyev

ASCO-da çalışan Vətən müharibəsi iştirakçılarından və dənizçi tələbələrdən ibarət bir qrup gənc Hərbi Qənimətlər Parkını ziyarət edib

8 Noyabr – Zəfər Günü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) çalışan Vətən müharibəsi iştirakçılarından, Azərbaycan Dövlər Dəniz Akademiyasının (ADDA) və Azərbaycan Dənizçilik Kollecinin (ADK) tələbələrindən ibarət bir qrup gənc Hərbi Qənimətlər Parkını ziyarət edib.

Ziyarət zamanı gənclər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində məhv etdiyi və hərbi qənimət kimi ələ keçirdiyi Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat əldə ediblər. Həmçinin onlar düşmənin hərbi texnikalarına məxsus nömrələrdən, eyni zamanda, düşmən qüvvələrinin Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə və sivil əhaliyə hücumunun ağır nəticələrini özündə əks etdirən fotoşəkillərdən ibarət lövhələrlə yaxından tanış olublar.

Onlar 19 sentyabr 2023-cü ildə Ordumuzun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ələ keçirilmiş qənimətlərə də baxmaq imkanı əldə ediblər.

Ziyarət çərçivəsində Vətən müharibəsi iştirakçısı olan ASCO əməkdaşları tələbələrin suallarını cavablandırıb, müharibə ilə bağlı xatirələrini bölüşüblər.

Sonda Vətən müharibəsi iştirakçıları və tələbələr xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, Şanlı Qələbəmizin təzahürü olan Hərbi Qənimətlər Parkı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusunun qurduğu müdafiə sədlərinin, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin terror niyyətinin dünyaya nümayiş olunması məqsədilə yaradılmış açıq hava muzeyidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır