Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“ONE” gəmiçilik şirkəti yelkən sistemini sınaqdan keçirəcək

“Ocean Network Express” (“ONE”) Niderlandın “Econowind” şirkəti tərəfindən hazırlanmış “VentoFoil” yelkən sistemini “Kalamazoo” konteyner gəmisində sınaqdan keçirmək niyyətində olduğunu açıqlayıb. “NORSE UK” şirkətinə məxsus olan 1036 TEU tutumlu gəmi “Goodwood Ship Management” tərəfindən idarə olunur və Busan, Yokohama və Honolulu limanları arasındakı xətdə istismar edilir.

“VentoFoil (“konteynerdə yelkən”) sisteminin gəmidə 2024-cü ilin yanvarında quraşdırılması və altı ay sınaqdan keçirilməsi planlaşdırılır. Bundan əvvəl sistem artıq zavod sınaqlarından keçmişdi.

Sınaq müddətində yanacaq sərfiyyatı, emissiyaların azaldılması və ümumi sistemin səmərəliliyi haqqında məlumatlar toplanacaq. Sınağın nəticələrinə əsasən uzunmüddətli perspektivdə dəniz sənayesində küləkdən istifadənin məqsədəuyğunluğu barədə rəy veriləcək.

Nəzəri cəhətdən “VentoFoil” 400 kVt-a qədər elektrik enerjisi istehsal etmək və yanacaq sərfiyyatını 5% azaltmaq potensialına malikdir. Sistem tam avtomatlaşdırılmışdır və küləyin sürətinə və istiqamətinə uyğunlaşır. Onu gəminin körpüsündən buraxmaq olar.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır