Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Hindistanın esminesi sınaq atışı həyata keçirib

Hindistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) yeni esminesi INS “Imphal” rəsmi olaraq istismara verilməzdən əvvəl “BrahMos” supersəs qanadlı raketi ilə uğurlu sınaq atışı həyata keçirib.

Ordu.az xəbər verir ki, Hindistan HDQ-nin Qərb Dəniz Komandanlığı tərəfindən verilən açıqlamada tezliklə donanmaya təhvil verilməsi planlaşdırılan “Visakhapatnam” sinfinə məxsus INS “Imphal” esminesinin dəniz sınaqları zamanı “BrahMos” supersəs qanadlı raketini atdığı və hədəfi dəqiq vurduğu bildirilib.

Mumbaydakı “Mazagon Dock” gəmiqayırma zavodunda inşa edilən INS “Imphal” gəmisi 2019-cu il aprelin 20-də suya buraxılıb və avadanlıqları tamamlandıqdan sonra -  2023-cü il aprelin 28-də dəniz sınaqlarına başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır