Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

Litvada tankerə yüklənərkən Baltik dənizinə neft axıb

Litvanın Ətraf Mühitin Mühafizəsi Departamenti  Butinge neft terminalında neft sızmasından sonra “Orlen Lietuva” neft emalı zavodunda plandankənar yoxlamaya başlayıb.

Bir gün əvvəl tankerə yüklənərkən terminalın yanalma kəndiri qırılıb və bu, gəminin anbarını yanacaqla təmin edən kabelin də qırılmasına səbəb olub.

Litvanın Ətraf Mühitin Mühafizəsi Departamentinin məlumatına görə, dənizə axan çirkləndiricilərin dəqiq miqdarı və onların ətraf mühitə təsiri hələ müəyyən edilməyib.

“Krasnaya Vesna” xəbər agentliyi “LTR”-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, çirklənmə uzunluğu təxminən iki kilometr, eni isə təxminən yarım kilometr sahəni əhatə edir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır