Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

LNG ilə işləyən yeni gəmi Avstraliyadan Yaponiyaya dəmir filizi və kömür daşıyacaq

Yaponiyanın “Tsu Shipyard” zavodunda (“Japan Marine United Corporation”-a daxildir) LNG ilə işləyən “Capesize” quru yük gəmisinin suya salınması mərasimi keçirilib.

Bu barədə sifarişçi “NYK” gəmiçilik şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, gəmi “JFE Steel Corporation” (“JFE”) ilə uzunmüddətli çarter müqaviləsi əsasında Avstraliyadan Yaponiyaya dəmir filizi və kömür daşıyacaq.

 “SG Ocean” adlandırılan yeni gəmi həm də “NYK” şirkətinin emissiyaları azaltmaq məqsədinə sadiq olduğunu təsdiqləyir.

“SG Ocean” Yaponiyada inşa edilən ilk LNG balkeridir. “NYK”  hazırda tədarük zənciri boyunca tullantısız daşıma məqsədinə çatmaq üçün xüsusi proqramını həyata keçirir.

Qeyd edək ki, yeni gəminin uzunluğu 299,9 metr, eni 50 metr, maksimum suya oturumu 25 metr, dedveyti 210 min tondur.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır