Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-23,
Seanews
Heyder Eliyev

Tyanzin limanından 145 konteyner marşrutu keçir

2024-cü ilin yanvarında Tyanzin limanının (Çin) konteyner dövriyyəsi ötən ilin eyni ayı ilə müqayisədə 8,8% artaraq 1,88 milyon TEU-dan çox olub. Beləliklə, liman aylıq ötürmə qabiliyyətinə görə yeni rekorda imza atıb.

Bu barədə “Sinxua” liman operatoruna istinadən xəbər verir.

2024-cü ilin yanvar ayında limanın yük dövriyyəsi 41 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% çoxdur.

Tyanzin limanı Çinin şimalında yerləşir və Pekin-Tyanzin-Hebey bölgəsində əsas yükaşırma məntəqəsidir. Hazırda oradan 145 konteyner marşrutu keçir. Tyanzinin dünyanın 180-dən çox ölkə və regionunda 500-dən çox limanla ticarət əlaqələri var.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır