Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Hamina-Kotka limanının yük dövriyyəsi azalıb

2024-cü ilin yanvarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7% azalaraq 1,23 milyon tona düşüb.

Liman administrasiyasının məlumatına görə, ixrac yüklərin aşırılması 0,8% artaraq 878,6 min tona, maye yüklərin işlənməsi isə 45,8% artaraq 10,4 min tona çatıb.

İdxal olunan yüklərin aşırılması 38,4% azalaraq 350,13 min ton təşkil edib.

Tranzit daşıma 12,7% (245,41 milyon ton) artıb.

Limanın konteyner dövriyyəsi 13,9% artaraq 60,96 min TEU təşkil edib.

Yanvarda Hamina-Kotkanın körpülərinə 190 gəmi yan alıb ki, bu da 18,8% az deməkdir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır