Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ASCO-da 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev görüşdə iştirak edən zərif cinsin nümayəndələrini salamlayıb, onların timsalında bütün Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, hər birinə cansağlığı, ailə xoşbəxtliyi və peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

O, Azərbaycanda gender bərabərliyinin istər Ümummilli lider Heydər Əliyevin, istərsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dönəmində dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu, qadınların müxtəlif sahələrin inkişafında fəal iştirak etdiyini bildirib.

Rauf Vəliyev həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü xeyirxah işlər bu gün Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Sədr əlavə edib ki, bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada xanımlar çalışmasın. Azərbaycan qadınları ailədə zərif çiyinlərinə düşən yükü ləyaqətlə daşıdıqları kimi, çalışdıqları sahələrdə də zirvələri fəth etməyi bacarırlar. Hazırda ASCO-nun çoxşaxəli və mürəkkəb təsərrüfatında da yüzlərlə qadın çalışdığını deyən Rauf Vəliyev, istedad və bacarıqlarını tam gerçəkləşdirə bilmələri üçün onlara hər cür şərait yaradıldığını bildirib.

O, çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, indi bütün bölgələrimizdə üçrəngli ay-ulduzlu bayrağımızın dalğalandığını və ilk dəfədir ki, 8 Mart – Beynəlxalq Qadınlar Gününün ölkəmizin hər yerində qeyd edildiyini xüsusi qürurla vurğulayıb.

Daha sonra görüşdə iştirak edən ASCO-nun İdarə Heyəti sədrinin müavinləri və digər rəhbər şəxslər də zərif cinsin nümayəndələrini 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, dəniz nəqliyyatı sahəsinə samballı töhfələr verən xanımların xidmətlərindən danışıb, onlara təşəkkürlərini çatdırıblar.

ASCO-nun xanım əməkdaşları göstərilən diqqət və qayğıya, xoş və səmimi arzulara görə minnətdarlıqlarını bildiriblər. Qadın həmkarlarımız bundan sonra da öz bilik və bacarıqları, əzmkarlıqları və yüksək peşəkarlıqları ilə dəniz nəqliyyatı sahəsinin inkişafına dəyərli töhfələr verəcəklərinə əminliklərini ifadə ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır