Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ASCO kollektivinə ağır itki üz verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin kapitanının böyük köməkçisi Elnur Vaqif oğlu Yaftumov vəfat edib.

Elnur Yaftumov 21 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub.

O, 2003-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Nəqliyyat radioavadanlığının texniki istismarı” ixtisasını bitirib. 2005-ci ildən ASCO sıralarında çalışıb. İşlədiyi dövrdə matrosluqdan kapitanın böyük köməkçisi vəzifəsinədək yüksəlib.

ASCO rəhbərliyi və kollektivi adından həmkarımızın vəfatından kədərləndiyimizi bildirir, onun ailəsinə və yaxınlarına hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır