Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Xəzərdə əlaqənin optimallaşdırılması üzrə üçtərəfli işçi qrupun iclası keçirilib

TRASECA-nın Bakı nümayəndəliyində Xəzər dənizində əlaqənin optimallaşdırılması üzrə üçtərəfli işçi qrupun hibrid formatda ilk iclası keçirilib.

Azərbaycan, Qazaxıstan və Türkmənistan nümayəndələrindən ibarət işçi qrupunun iclasında ASCO-nun İstismar-kommersiya departamentinin əməkdaşı Niyaməddin Aslanov da iştirak edib.

İclasda bərə daşımalarının daha operativ və maneəsiz həyata keçirilməsi məqsədilə təşkilati işlər, eyni zamanda bir sıra məsələni özündə əks etdirən Fəaliyyət Planı müzakirə olunub.

Qeyd edək ki, işçi qrupunun məqsədi gəmilərin limanlarda sərf etdiyi müddətin azaldılmasına, yük nəqliyyat vasitələrinin bərə gözləməsi hallarının aradan qaldırılmasına və əməliyyatların (yükləmə/boşaltma) vaxtının azaldılmasına yönəlmiş tədbirlər hazırlamaq və onları həyata keçirməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır