Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-18,
Seanews
Heyder Eliyev

Böyük tutumlu mayeləşdirilmiş neft qazı (LPG) tankeri “Gas Amethyst” adlandırılıb

“Kawasaki Heavy Industries”-in (“KHI”) “Sakaide Works” zavodunda böyük tutumlu mayeləşdirilmiş neft qazı (LPG) tankerinə adqoyma mərasimi keçirilib. Yeni gəmi “Gas Amethyst” adlandırılıb.  

Bu barədə mayeləşdirilmiş neft qazının treyderi və idxalçısı olan “Astomos” Enerji Korporasiyası (“Astomos Energy Corporation”) ilə birgə gəmini istismar edəcək “Nippon Yusen Kabushiki Kaisha”-nın (“NYK”) press-relizində bildirilib.

Bu, iki şirkətin birgə istifadə etdiyi ikinci mayeləşdirilmiş neft qazı daşıyan gəmidir.

2024-cü ilin mart ayında oxşar iki yanacaqlı LPG tankeri – “Gas Garnet” istifadəyə verilib. Yaponiyanın xətii gəmiçilik şirkəti və “Astomos” Energy Korporasiyanın bu cür dörd gəmisi olacaq.

Tanker mayeləşdirilmiş neft qazından əlavə, gələcəkdə ammonyak daşıya biləcək.

Gəminin uzunluğu 229,9 metr, eni 37,2 metr, hündürlüyü 21,9 metr, suya oturumu 11,65 metr, yük çənlərinin tutumu 86 953 kubmetrdir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır