Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-18,
Seanews
Heyder Eliyev

Çin gəmiqayırma sahəsində ABŞ-ı 500 dəfə üstələyir

Hazırda Çin ildə Amerika Birləşmiş Ştatlarından təxminən 540 dəfə çox gəmi inşa edir.

“RİA” agentliyinin məlumatına görə bu sözləri ABŞ Nümayəndələr Palatasının Miçiqandan olan üzvü, respublikaçı Con Molenaar deyib.

Konqresin aşağı palatasındakı dinləmələrdə millət vəkili deyib: "Bu gün ABŞ-ın dünya gəmiqayırma sənayesində payı 0,1 faizi olduğu halda, Çinin gəmiqayırma zavodlarının payı 54 faizini təşkil edir və əməliyyat xərclərinin demək olar ki, 20 faizi Pekin tərəfindən subsidiya olunur".

Molenaarın əminliyinə görə, Pekin "davamlı sənaye üstünlüyünü təmin etmək" üçün istehsalı artırır.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır