İstanbulda gəmi yanır
Türkiyənin İstanbul şəhərinin Şile rayonu sahillərində 62 metr hündürlüyü olan gəmi yanır.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, yanğınsöndürənlər yanğına müdaxilə ediblər. Hazırda söndürülmə və soyutma istiqamətində işlər görülür.
Yanğının səbəbi hələ ki məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır