Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-12,
Seanews
Heyder Eliyev

Dənizçilər təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anıblar

25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ölkənin bütün ərazisində saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

ASCO gəmilərinin heyət üzvləri də sükut dəqiqəsinə qoşularaq qəzada həyatını itirənlərin xatirəsini anıblar.

Həmçinin Prezident İlham Əliyevin Sərəncamı elan olunan matəmlə əlaqədar ASCO gəmilərində Azərbaycanın Dövlət Bayrağı yarıyadək endirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır