Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-28,
Seanews
Heyder Eliyev

“HD KSOE” gəmiqayırma şirkətinin mənfəəti 3 dəfə artıb

Cənubi Koreyanın aparıcı gəmiqayırma şirkətlərindən biri olan “HD Korea Shipbuilding & Offshore Engineering”-in (“HD KSOE”) 2025-ci ilin yanvar-mart ayları üçün konsolidasiya edilmiş xalis gəliri 611,6 milyard von (427,8 milyon dollar) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricilərindən üç dəfə çoxdur.

“Portnews.ru” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, “HD KSOE”-nin birinci rübdə əməliyyat mənfəəti illik müqayisədə 436,3% artaraq 599,5 milyon dollar, satışlar isə 22,8% artaraq 4,7 milyard dollar olub.

Əsas gəmiqayırma sektorunun 2025-ci ilin ilk üç ayında gəliri illik müqayisədə 22,6% artaraq təxminən 4 milyard dollara, əməliyyat mənfəəti isə üç dəfə artaraq 545,4 milyon dollara çatıb.

Dəniz bölməsində satışlar əvvəlki illə müqayisədə təxminən 43,8 faiz artaraq 112,5 milyon dollar, bölmənin əməliyyat mənfəəti isə 4,6 milyard dollar təşkil edib.

Dəniz mühərrikləri və maşınları istehsal edən bölmənin birinci rübdə satışları 48,7% artaraq 465,3 milyon dollar, əməliyyat mənfəəti isə 103,3% artaraq 107,6 milyon dollar olub.

Qeyd edək ki, “HD KSOE” şirkətinin “HD Hyundai Heavy Industries”, “HD Hyundai Mipo” və “HD Hyundai Samho Heavy Industries” bölmələri var.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır