Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-19,
Seanews
Heyder Eliyev

Dənizçilik peşəsinə marağı olan məktəblilər üçün “Açıq qapı” günü keçirilib

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) paytaxtın bir neçə təhsil müəssisəsinin, o cümlədən 2 və 16 nömrəli Texniki-humanitar liseylərin, 7, 180, 190 və K.A.Kərimov adına 8 nömrəli tam orta məktəblərin şagirdləri üçün “Açıq qapı” günü təşkil edilib.

Azərbaycanda dənizçilik təhsilinin formalaşdırılmasının 145, ADDA-nın 30 illik yubileyi çərçivəsində keçirilən tədbirin əsas məqsədi gənc nəsildə gəmiçilik sahəsinə maraq oyatmaqdan ibarət olub.

“Açıq qapı” günündə gənclərə Azərbaycanda dənizçilik təhsilinin tarixi və inkişaf yolu, eləcə də Akademiyada təhsilin üstünlükləri, burada yaradılmış müasir tədris mühiti barədə ətraflı məlumat verilib. ADDA-nın tələbələri də çıxış edərək tələbəlik həyatı və təcrübələrini məktəblilərlə bölüşüblər.

Daha sonra şagirdlər ADDA-nın tədris binaları, müasir laboratoriyalar və ixtisaslaşdırılmış auditoriyaları ilə yaxından tanış olaraq təhsil prosesini izləmək imkanı qazanıblar.

Proqram çərçivəsində iştirakçılar dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmi-muzeyini də ziyarət ediblər. Muzeylə tanışlıq məktəblilərdə Azərbaycanın zəngin dənizçilik tarixi və gəmiçilik ənənələri barədə dərin təəssürat yaradıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır