Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-19,
Seanews
Heyder Eliyev

Gəmilərdə yanacaq səmərəliliyini hesablayan yeni kalkulyator istifadəyə verilib

"EcoNavis" şirkəti gəmi sahibləri üçün gəmi pərinin mərkəz hissəsinə quraşdırılan "Eco Boss Cap" qurğusunun yanacaq qənaəti potensialını qiymətləndirən yeni onlayn kalkulyator istifadəyə verib. Şirkətin saytında yerləşən bu rəqəmsal alət gəminin növü, mühərrik gücü və yanacaq qiyməti kimi məlumatlar əsasında illik maliyyə qənaətini hesablamağa imkan verir.

"Seanews.az" xəbər verir ki, qurğu sayəsində gəminin növündən asılı olaraq yanacaq səmərəliliyi 2,7% ilə 4% arasında artır. “Handysize” tipli yük gəmisi üçün illik təxminən 143 min dollar, 8.000 TEU-luq konteyner gəmisi üçün isə 1,1 milyon dollardan çox qənaət mümkündür.

"Eco Boss Cap" pər başlığında yaranan burulğan itkilərini azaldaraq itələmə qüvvəsini artırır. Qurğu hər bir gəminin korpus quruluşuna və pər dizaynına uyğun olaraq fərdi şəkildə hazırlanır. Hazırlanma müddəti 3–6 ay çəkir və adətən rutin dok təmir işləri zamanı quraşdırılır.

Tailandın "Kaizen Ship Management" şirkətinə məxsus “SFYC Araya” gəmisində aparılan ilk kommersiya tətbiqi artıq 3%-dən çox səmərəlilik nümayiş etdirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır