Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-30,
Seanews
Heyder Eliyev

“ADNOC L&S” son iki ildə donanmasına 25 dəniz gəmisi daxil edib

Çinin “Jiangnan” gəmiqayırma zavodunda altı LNG tankeri seriyasından ikincisi olan “Al Rahba” LNG daşıyıcısının sifarişçiyə təhvil verilməsi mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, gəmilər enerji ehtiyatlarının dəniz yolu ilə daşınması üzrə ixtisaslaşan “ADNOC Logistics and Services” (“ADNOC L&S”) şirkəti üçün tikilir.

“Al Rahba” qaz daşıyıcısının yük çənlərinin tutumu 175 min kubmetrdir. Gəmi qaz mühərriki yanacağı ilə işləyən iki ikiyanacaqlı əsas mühərriklə təchiz edilmişdir.

“ADNOC L&S” donanmasını genişləndirmə proqramına “Jiangnan” gəmiqayırma zavodunda altı gəmi sifarişi ilə 2022-ci ildə başlayıb.

Son iki il ərzində şirkət səkkiz “VLCC” xam neft tankeri, altı ərzaq məhsulları daşıyan tanker, beş “VLGC” dəniz qaz daşıyıcısı və altı LNG tankeri də daxil olmaqla 25 gəmi əldə etmişdir.

“ADNOC Logistics and Services” (“ADNOC L&S”, Abu Dabi, BƏƏ)  inteqrasiya olunmuş dəniz logistika həlləri üzrə regionun aparıcı təchizatçısıdır. Şirkət dünyanın 50 ölkəsində 100-dən çox müştərini enerji resursları ilə təmin edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır