Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-02,
Seanews
Heyder Eliyev

Hər il 40 min gəmi boğazlardan necə keçir? Türkiyənin idarəetmə mexanizmi

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul və Çanaqqala boğazlarında gəmi keçidlərinin necə idarə olunduğu barədə ictimaiyyətə məlumat verib.

Nazirin sosial şəbəkə hesabında paylaşdığı videoda qeyd edilib  ki, boğazlardan keçən hər bir gəmi əvvəlcədən hərəkət planı təqdim edir. Daha sonra bələdçi kapitan gəmiyə qalxır və Gəmi Hərəkətinə Nəzarət Xidməti (VTS) ilə koordinasiyalı şəkildə hərəkət təmin olunur.

Videoda bildirilib ki, İstanbul və Çanaqqala boğazları dünyanın ən strateji su yollarından biri hesab olunur. Onun sözlərinə görə, bu keçidlərdə hər bir gəminin hərəkəti əvvəlcədən planlaşdırılır, naviqasiya prosesi tam nəzarət altında həyata keçirilir və təhlükəsizlik bütün mərhələlərdə izlənilir.

Nazir qeyd edib ki, Türkiyə boğazlarından ildə təxminən 40 min gəmi keçir və bu, bölgəni dünyanın ən sıx dəniz yol keçidlərindən birinə çevirir. Məhz bu səbəbdən hər bir keçid peşəkar yanaşma və dəqiq koordinasiya tələb edir.

Hazırda Türkiyə boğazlarında gəmi keçidləri beynəlxalq standartlara uyğun şəkildə, müasir nəzarət texnologiyaları vasitəsilə həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır