Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-31,
Seanews
Heyder Eliyev

Yaponiya bayrağı altında üzən nəhəng layner Sinqapurda ilk dəfə mayeləşdirilmiş təbii qazı qəbul edib

 “NYK Cruises” şirkətinin Yaponiya bayrağı altında üzən nəhəng “Asuka III” layneri Sinqapurun “SCC” kruiz kompleksində (Sinqapur operatoru “SCCPL” tərəfindən idarə olunur) ilk dəfə mayeləşdirilmiş təbii qazla (LNG) bunker edilib.

“Seanews.az” xəbər verir ki, “Shell LNG”-dən yanacaq bu Asiya regionuna ilk dəfə tədarük edilib. Əməliyyatı “FueLNG Private Limited” (“FuelLNG”) şirkəti həyata keçirib.  

Bundan əvvəl, 2025-ci ilin fevralında “SCCPL” terminalı “Silvernova” gəmisinın qaz mühərriki yanacağı ilə ilk bunkerini həyata keçirmişdi.

Bunker əməliyyatı Sinqapurun Dəniz və Liman İdarəsi, “FueLNG Private Limited” və “SCC” kruiz terminalının əməkdaşlarının iştirakı ilə hazırlanıb.

Qeyd edək ki, “Singapore Cruise Centre Private Limited” (“SCCPL”) şirkəti Sinqapurda üç bərə terminalı və bir beynəlxalq kruiz terminalını idarə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır