Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-02,
Seanews
Heyder Eliyev

Hava şəraiti və uğursuz əməliyyat zədələnmiş Rusiya tankerini xilas etməyə imkan vermədi  

Liviya rəsmi qurumları hava şəraitinin pisləşməsi və yedəyəalma cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra Rusiyaya məxsus zədələnmiş "Arctic Metagaz" LNG tankerini xilas etmək əməliyyatını faktiki olaraq dayandırıb.

“Seanews.az” xəbər verir ki, "Maridive 701" yedək gəmisi tərəfindən çəkilən tankerin kəndiri Aralıq dənizinin mərkəzi hissəsində tüğyan edən güclü külək və hündür dalğalar səbəbindən qırılıb. Bu hadisədən sonra köməkçi gəmilərin çoxu limana qayıdıb və aktiv xilasetmə işlərinə son qoyulub.

Xilasetmə cəhdi boşa çıxdıqdan sonra tanker Misrata şəhərindən təxminən 105 dəniz mili şimal-şərq istiqamətinə hərəkət edib. Bu isə gəmini Liviya sahillərindən uzaqlaşdıraraq, Maltanın axtarış-xilasetmə zonasının kənarına çıxarıb. Beləliklə, gəminin Liviya limanlarında boşaldılması və ya nəzarətli şəkildə təmirə cəlb edilməsi imkanları tükənib.

"Arctic Metagaz" tankeri, martın 3-də Liviya sahillərində baş verən partlayışlardan sonra bir neçə həftədir ki, heyətsiz və idarəolunmaz vəziyyətdə dənizdə qalıb. Hazırda gəmi beynəlxalq sularda başlı-başına sürüklənir və yalnız uzaqdan monitorinq edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır