Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  28 iyun 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramlarını layiqli əmək töhfələri ilə qeyd etməsindən, dövlətimizin başçısının yeni sosial paketinin əhalinin rifah halının yüksəldilməsi sahəsində ardıcıl irəliləyişlərin reallaşdırılmasına imkan verməsindən, dövlət qayğısı və xalq sevgisinin Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü ordularından birinə çevirməsindən, ASCO-da ilin “Ən yaxşıları”nın müəyyənləşdirilməsindən, Azərbaycan Dövlət Dəniz Akademiyasında semestr imtahanlarının gedişindən tələbələrlə yanaşı, valideynlərin də razı qalmasından, Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat dəhlizi üzərində ən mühüm ölkəyə  çevrilməsindən, torpaqlarımızı işğal edən erməni separatçılarının Fransada planlarının puça çıxmasından, Qazaxıstanın “Sarbaz” gözətçi gəmisinin Azərbaycana dostluq səfərindən, Xəzər dənizinin limanlarında “rəqəmsal dəhliz”in gücləndirilməsi layihəsinə start verilməsindən, “SOCAR Karbamid” zavodunun ilk ixrac məhsulunun “Coral” gəmisi ilə ünvanına çatdırılmasından, modernləşdirildikdən sonra “Sətti” qurğusunun Xəzər dənizi akvatoriyasında qazma əməliyyatlarına cəlb olunacağından, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə nəql edən TANAP boru kəmərinin istismara verilməsindən bir il ötməsindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır