Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Bakıda I Xəzər Elm Forumu keçiriləcək

Azərbaycan nümayəndə heyəti Həştərxan Dövlət Universitetində keçirilən “XXI əsrin Xəzəri: davamlı inkişafın yolları” Beynəlxalq Elm Forumunda iştirak edir.

Tədbirdə Xəzəryanı ölkələrdən 100-ə yaxın nümayəndə, o cümlədən diplomatlar, Xəzəryanı ölkələrin elmi ictimaiyyətinin, Rusiyanın federal nazirlik və idarələrinin, UNESKO-nun Hökumətlərarası Okeanoqrafiya Komissiyasının nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək forumda iştirakçılar elmi əlaqələrin və elmi-tədqiqat layihələrində dövlət-fond tərəfdaşlığının genişləndirilməsini, Xəzər regionuna elmi sərmayələrin axınının artırılmasını, elmi ictimaiyyətin və hökumətin diqqətini Xəzər regionundakı problemlərə cəlb olunmasının yollarını müzakirə edəcəklər.

Qeyd olunur ki, forumun nəticələri 2020-ci ilin payızında Bakıda keçiriləcək I Xəzər Elm Forumunun proqramının formalaşması üçün əsas olacaq. 

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır