Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Çin gəmiqayırma sahəsində liderliyini davam etdirir

2022-ci ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Çin gəmiqayırma sənayesi həm istehsal həcminə, həm də gəmilərin tikintisi üçün yeni və cari sifarişlərin sayına görə dünyada lider mövqeyini qoruyub.

ÇXR Sənaye və İnformasiyalaşdırma Nazirliyi bildirib ki, hesabat dövründə Çin istehsalı 27,8 milyon dwt-a çataraq, dünya gəmiqayırma sənayesinin 45,9%-ni təşkil edib. Bundan əlavə, yeni sifarişlərin 53,6%-i və icrası davam edən sifarişlərin 48%-i Çinin payına düşüb.

2022-ci ilin yanvar-sentyabr aylarında ölkənin 75 əsas gəmiqayırma müəssisəsinin ümumi məhsulu 291,3 milyard yuan (40,59 milyard dollar) təşkil edib. Eyni zamanda, bu müəssisələrin əsas iqtisadi fəaliyyətlərindən əldə etdikləri ümumi mənfəət 3,22 milyard yuan (442,6 milyon dollar) olub ki, bu da illik müqayisədə 220,9% artım deməkdir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır