Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-30,
Seanews
Heyder Eliyev

"Maersk" Haifa limanına gəmi səfərlərini bərpa edib

Dünyanın aparıcı dəniz daşımaları şirkətlərindən olan "Maersk" İsrailin Haifa limanına gəmi səfərlərini yenidən başladıb.

"Seanews.az" bu barədə şirkətdən bildirililib. 

Məlumatda qeyd olunub ki,  atəşkəs razılaşmasının bölgədə gərginliyi azaldacağı gözlənildiyindən, Haifa limanına gəmi səfərlərini bərpa etmək qərarına gəldik. Artıq həm idxal, həm də ixrac yüklərinin qəbuluna başlanılıb.

Qeyd edək ki, "Maersk" İsraillə İran arasında baş verən münaqişə fonunda 20 iyun tarixində təhlükəsizlik səbəbilə Haifa limanına gəmi səfərlərini müvəqqəti dayandırdığını açıqlamışdı. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır