Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-30,
Seanews
Heyder Eliyev

“Brookfield” Danimarkanın “Associated Danish Ports” şirkətinin 14,1 faiz payını alıb

Kanadanın “Brookfield Asset Management” şirkəti Danimarkanın “Associated Danish Ports” (ADP) şirkətinin 14,1 faizlik payını əldə edərək pay sahibi olacaq.

"Seanews.az" xəbər verir ki, bununla bağlı ADP məlumat yayıb. Açıqlamada bildirilir ki, “Brookfield” şirkəti ADP-yə 700 milyon Danimarka kronu həcmində kapital yatırımı edəcək.

“Brookfield”-in bu sərmayəsi ADP-nin inkişaf planlarını dəstəkləməklə yanaşı, şirkətin Skandinaviya regionundakı mövqeyini gücləndirməyə xidmət edəcək.

ADP hazırda “Fredericia”, “Nyborg” və “Taulov” limanlarını idarə edir. Mövcud layihələrə “Fredericia” konteyner terminalının genişləndirilməsi, “Nyborg” limanının inkişafına hazırlıq, “Taulov” limanının əhəmiyyətli dərəcədə böyüdülməsi və 1 avqustdan ADP-yə daxil olacaq “Hanstholm” limanına sərmayə daxildir. Bundan əlavə, şirkət “TotalEnergies” və “Evida” ilə karbon dioksid (CO₂) saxlama üzrə tərəfdaşlıqlar qurub.

ADP-nin baş direktoru Rune D. Rasmussen bildirib ki, infrastruktur və logistika sahəsində dəyişikliklər sürətlə gedir. Danimarka güclü idxal-ixrac ölkəsi olaraq qalmaq istəyirsə, limanlar beynəlxalq rəqabətə uyğun olmalıdır.

Qeyd edək ki, “Brookfield Asset Management” bərpa olunan enerji, yaşıl keçid, infrastruktur, özəl kapital, daşınmaz əmlak və kredit sahələrində aktivləri idarə edən qlobal investisiya şirkətidir. “Brookfield” dünyanın bir çox yerində kommunal, nəqliyyat və data infrastrukturu sahəsində aktivlərə sahibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır