Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-30,
Seanews
Heyder Eliyev

ADDA 2025/2026-ci tədris ilində əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün tələbə qəbulu elan edir

Azərbaycan Dövlət Dəniz Akademiyası 2025/2026-ci tədris ilində əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün aşağıdakı ixtisaslar üzrə  tələbə qəbulu elan edir:

Bakalavriat  səviyyəsində:

- Dəniz naviqasiyası mühəndisliyi (tədris Azərbaycan, ingilis, rus dillərində)

- Gəmi energetik qurğuları istismarı mühəndisliyi (tədris Azərbaycan, ingilis  dillərində)

- Gəmiqayırma  və gəmi təmiri mühəndisliyi (tədris Azərbaycan dilində)

- Elektrik və elektronika mühəndisliyi (tədris Azərbaycan dilində)

Bakalavriat  səviyyəsində  təhsil müddəti 4 ildir.

Magistratura səviyyəsində:

- Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi (tədris Azərbaycan dilində)

- Dəniz texnikası  və texnologiyası mühəndisliyi (tədris Azərbaycan dilində)

- Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi (tədris Azərbaycan dilində)

- Elektrik və elektronika mühəndisliyi (tədris Azərbaycan dilində)

Magistratura  səviyyəsində təhsill müddəti 2 ildir.

Əcnəbilərin qəbulu: onların təhsil səviyyəsi üzrə hazırlığı və tədris  dilini  bilmə dərəcəsi akademiyanın müsahibə  komissiyası tərəfindən yoxlanılır və mövcud tələblərə  uyğun gəldikləri halda qəbul rəsmiləşdirilir.

Təhsil haqqı: 5100 manatdır;

Tələbələr geyim forması, tədris materialları və yataqxana ilə ödənişsiz təmin edilir. Akademiyanın diplomları 170-dən çox ölkədə tanınır.

Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Universitetləri və Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiyasiyalarının üzvüdür.

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18

Telefon: 012 493 36 44


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır