Dünya ticarət donanmasının orta yaşı son 10 ildə 10% artıb
Dünya ticarət donanmasının orta yaşı son 10 ildə 10% artıb.
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) araşdırmasında belə deyilir.
2012-ci ilin sonunda 19,9 il olduğu halda, hazırda 21,9 il qiymətləndirilir.
Gəmilərin qismən qocalması gəmi sahiblərinin gələcək texnoloji inkişafa inamsızlığı və daha çox istifadə olunan yanacaqlarla bağlı qeyri-müəyyənlik, həmçinin qaydalar və enerji qiymətlərinin dəyişməsi ilə izah olunur.
Dünyanın ən qənaətcil yanacaqlardan istifadə və ağıllı rəqəmsal sistemlərlə asanlıqla inteqrasiya edə biləcək yeni nəsil gəmilərə ehtiyacı var. Lakin gəmiqayırmanın həcmi aşağı olaraq qalır. Dünya ticarət donanması 2021-ci ildə 3%-dən az artıb ki, bu da 2005-ci ildən bəri ikinci ən aşağı göstəricidir.
“Seanews.az”