Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

2030-cu ilədək tutulan karbon qazını daşımaq üçün 55 ixtisaslaşdırılmış gəmidən ibarət donanmaya ehtiyac olacaq

2030-cu ilə qədər tutulan karbon qazını daşımaq üçün 55 ixtisaslaşdırılmış gəmidən ibarət donanmaya ehtiyac olacaq.

“Seanews.az” “Rystad Energy”-nin proqnozuna istinadən xəbər verir ki, planlaşdırılan CO2 tutma, daşıma və saxlama layihələri ilə 2030-cu ilin əvvəlinə qədər ildə 90 milyon ton CO2 daşınacaq və bu həcmlər üçün 48 terminal tələb olunacaq.

Gəmi yanacağı kimi LNG-yə keçid karbon qazı emissiyalarını 18%, metanolu 20% və ammonyakı 80%-ə qədər azaldacaq.

Tutulan CO2-nin uzun məsafələrə daşınması karbon qazının ümumi daşınmasının cəmi 5%-ni təşkil edəcək və Şimali Avropada iri sənaye müəssisələrinin yaxınlığı səbəbindən Şimal dənizi bu qazın nəqlində əsas rol oynayacaq.

Ehtimal olunur ki, dənizdəki anbara qədər daşınma marşrutu orta hesabla 2,5 min km olacaq. Ancaq məsələn, Yaponiya, Malayziya və Avstraliya arasında 5 min km-ə qədər məsafədə planlaşdırılan marşrutlar var. Hazırda təklif olunan ən uzun CO2 nəqli marşrutu Cənubi Koreya və Səudiyyə Ərəbistanı arasında 12.000 km. uzunluğundadır.

CO2 daşımalarının təxminən 30%-i və ya ildə 26 milyon tonu Norveçin payına düşür. Daha sonra Niderland (ildə 23 milyon ton) və Böyük Britaniya (ildə 20 milyon) gəlir. Bu həcmlərə həmin ölkələrdə tutulan CO2 və digər ölkələrdən idxal daxildir.

“Rystad”-ın proqnozuna görə, 2030-cu ildə Fransa ildə 17 milyon ton, Belçika isə ildə 13 milyon ton CO2 ixrac edəcək. Bu ölkələrin geniş daxili CO2 saxlama qabiliyyəti yoxdur, ona görə də onlar CO2-ni qonşu ölkələrə göndərəcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır