Türkiyədə içərisində 6 nəfərin olduğu karqo gəmisi batıb
Türkiyədə Mərmərə dənizində İmralı adasının cənub-qərbində 69 metr uzunluğundakı "Batuhan A" adlı karqo gəmisi batıb.
"Seanews.az" xəbər verir ki, gəmidə 6 nəfər olub: onlar Türkiyə vətəndaşlarıdırlar.
Hadisə ilə əlaqədar Böhran Mərkəzi yaradılıb.
Mərkəzdən bildirilib ki, hazırda üç gəmi ilə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Məlumatda gəmilərin batdığı ərazidə dalğanın hündürlüyünün 3 metrə çatdığı da qeyd olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır