Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Dörd yeni freqatın tikintisi 8 milyard avroya başa gələcək

Təxminən 20 il xidmətdə olan gəmiləri əvəz edəcək dörd yeni freqat 2041-ci ilin sonuna qədər Niderlandın Silahlı Qüvvələrinə təhvil veriləcək. 

“Seanews.az” xəbər verir ki, bu barəd ə Niderlandın Müdafiə Nazirliyinin katibi Kristof van der Mat bildirib.

Onun sözlərinə görə, layihəyə bir neçə milyard avro xərclənəcək. Freqatların tikintisində Niderlandın gəmiqayırma sənayesi, o cümlədən “Damen” tərsanəsi iştirak edəcək. İlk freqat 2034-cü ildən gec olmayaraq, sonuncusu isə 2041-ci ildə təhvil veriləcək.

“RTL” telekanalının məlumatına görə, layihənin ümumi dəyəri 8 milyard avroya çata bilər.

Niderland Müdafiə Nazirliyi yaxın illərdə dəniz donanmasının tikintisi sahəsində bir sıra iri layihələrin, xüsusən yeni sualtı qayıqlara qarşı freqatların və amfibiya nəqliyyat gəmilərinin istismara verilməsinin, eləcə də dörd sualtı qayığın hamısının dəyişdirilməsinin planlaşdırıldığını açıqlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır