Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-13,
Seanews
Heyder Eliyev

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Amsterdamda hidrogen yanacaq elementləri ilə təchiz edilmiş dünyada ilk yaxta suya buraxılıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, "Layihə 821" gəmisi Britaniya şirkəti tərəfindən düzəldilib.

Yaxtanın uzunluğu 88 metr təşkil edir. Bu, lazımi yanacaq elementləri, akkumulyator batareyaları və mayeləşdirilmiş hidrogen çənlərini asanlıqla yerləşdirməyə imkan verir.

Gəmidə elektrik stansiyası üçün yanacaq qismində hidrogendən istifadə olunur. Yanacaq elementi hesabına o, oksigenlə oksidləşir və nəticədə elektrik enerjisi yaranır. Hidrogen xüsusi akkumulyator batareyalarında istifadə edilə və ya saxlanıla bilər. Prosesin yeganə tullantısı su buxarıdır ki, bu da ətraf mühitin vəziyyətinə mənfi təsir göstərmir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır