Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Suraxanı” gəmi-muzeyində "Açıq qapı günü" keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi və gəmi-muzeyin ilk ziyarətçilərini qəbul etməsinin 3 illiyi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində "Açıq qapı günü" keçirilib.

Tədbir çərçivəsində ziyarətçilər üçün muzeyin ekspozisiya zallarına ödənişsiz ekskursiyalar təşkil olunub.

Ekskursiyalar zamanı qonaqlar Ulu öndərin həyat və fəaliyyətindən, xüsusilə gəmiçilik sahəsinə töhfələrindən bəhs edən müxtəlif eksponatlarla yaxından tanış olublar. Həmçinin onlar “Xəzərin ruhu” zalındakı 360 dərəcəlik ekranda göstərilən dahi şəxsiyyətə həsr olunmuş videonu böyük maraqla izləyiblər.

“Açıq qapı günü”ndə ziyarətçilərə gəmi-muzeyin yaradılması ideyası və hazırlanması prosesindən də danışılıb. Eyni zamanda, bələdçilər qonaqlara gəmiçilik, burada nümayiş olunan eksponatlar, eləcə də fədakar dənizçilərin şərəfli və çətin peşələri barədə maraqlı məlumatlar veriblər.

“Açıq qapı günü”ndə ekskursiyalardan gün ərzində 1000-ə yaxın vətəndaş yararlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır