Gəmiləri bioyanacaqla təmin edə bilən kimyəvi tanker istismara verilib
Dəniz sənayesinin qlobal yanacaq tədarükçüsü olan İspaniyanın “Peninsula” şirkəti Qərbi Aralıq dənizində yanacaq tədarükü üçün nəzərdə tutulmuş “IMO II – Aalborg” kimyəvi tankeri istismara verib.
Bu barədə “Seanews.az” “Shipping Teleqrafh”-ə istinadən xəbər verir.
Ənənəvi yanacaq barjlarından fərqli olaraq “Aalborg” 100% bioyanacağı təmin edə bilir. Ənənəvi yanacaq barjlarında biokomponent 25%-dən çox olmur.
Yeni gəmi Barselona limanının bölgədə təmiz yanacaq təşəbbüslərini təşviq etmək üçün davam edən səylərində əsas rol oynayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır