Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

“CULines” yeni inşa edilmiş konteyner gəmilərini satıb

Çinin “CULines” daşıyıcısı “Shanghai Waigaoqiao Shipbuilding” zavodunda yeni inşa edilmiş 7 min TEU tutumlu iki konteyner gəmisini Tayvan operatoru “Wan Hai Lines”-ə satıb.  

“Seanews.az” xəbər verir ki, gəmilərin bu il təhvil verilməsi planlaşdırılır.

Xatırladaq ki, 2021-ci ildə “CULines” coğrafi genişlənmə baxımından sürətlə böyüyən konteyner xətti adlandırılıb. Cəmi altı ay ərzində regional şirkət yükdaşıma tariflərində rekord artıma nail oldu və bir neçə yeni bazara daxil ola bildi. Xətt adətən daha böyük tutumlu gəmilərin işlədiyi marşrutlarda kiçik konteyner gəmilərindən istifadə edirdi.

Bununla belə, ötən ilin yayında daşıyıcı rentabelsizlik səbəbindən uzun məsafəli marşrutlarda xidmətləri məhdudlaşdırdı və bu, tikilməkdə olan 7000 tonluq iki gəmi ilə bağlı qeyri-müəyyənliyə səbəb oldu. Onların icarəyə veriləcəyi və ya satılacağı ehtimal olunurdu.

Konteyner gəmilərindən biri - “Kota Tema” artıq aprel ayında Sinqapurun “Pacific International Lines” daşıyıcısı tərəfindən iki il müddətinə icarəyə götürüldü, ikincisi isə tikintinin tamamlanma mərhələsindədir.

“Yeni gəmilərin qiyməti açıqlanmayıb, lakin hər birinin 82,5 milyon dollardan aşağı verilmədiyi ehtimal olunur. Bu o deməkdir ki, “CULines”, hər konteynerdaşıyan gəmidən 11,5 milyon dollara qədər gəlir əldə edə bilər”, - nəşr aydınlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır