Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

Antverpen-Brügge limanında metanolla işləyən yedək gəmisi istismara verilib

Belçikanın Antverpen-Brügge limanında metanoldan bunker yanacağı kimi istifadə edən “Methatuq” yedək gəmisi istismara verilib.

"Seanews.az" xəbər verir ki, “Methatuq”un mühərrikləri metanol və adi yanacaq qarışığı ilə işləmək üçün təkmilləşdirilib.

Gəminin hərəkət sisteminin modernləşdirilməsi liman donanmasının ekoloji cəhətdən təmizliyini artırmaq proqramı çərçivəsində həyata keçirilib.

Layihə Aİ-nin “Horizon 2020” proqramı vasitəsilə maliyyələşdirilib və gəmiçilik sənayesinin metanoldan təmiz yanacaq kimi istifadə imkanlarını müəyyən etmək üçün “Fastwater” layihəsinin bir hissəsidir.

Gəminin uzunluğu 29,5 metr, eni  11 metr, dedveyti 584 ton, dartma gücü  50 tondur. 12 min litr metanol yanacaq tutumu “Methatuq” gəmisinin iki həftə işləməsi üçün kifayətdir.

Antverpen-Brügge limanının donanmasına hidrogenlə işləyən ilk yedək gəmisi (“Hydrotug-1”) və enerjiyə qənaət edən yedək gəmiləri daxil edilib. 2024-cü ilin sonuna qədər daha bir elektrik mühərrikli yedək gəmisi alacaq.

Şimal dənizindən 90 km məsafədə Şeldt çayı üzərində yerləşən Antverpen (Belçika) dəniz və çay limanı eyni vaxtda “Capesize” gəmiləri də daxil olmaqla 400-ə qədər gəmini qəbul edə bilər. Körpülərinin uzunluğu 100 km-ə çatan limana suya oturumu  5-17,5 metr olan gəmilər yan alır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır