Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

ASCO yeni gəmilərin inşasına dair BGZ-də sifariş yerləşdirib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) iki ədəd neft və kimyəvi məhsullar daşıyan tankerin və üç ədəd dalğıc gəmisinin tikintisinə dair sifariş yerləşdirib.

Bununla əlaqədar ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və BGZ-nin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında müvafiq müqavilə imzalanıb.

Sənədə əsasən, inşa ediləcək yeni tankerlərin hər biri 8 min ton yükdaşıma qabiliyyətinə malik olacaq. Dalğıc gəmiləri isə dənizin 45 metr dərinliyində işləmək üçün nəzərdə tutulub.

ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin 2022-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq inşa ediləcək gəmilər ölkəmizdə neft-qaz hasilatı istiqamətində görülən işlərdə, eləcə də neft və neft məhsullarının daşınmasında dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır