Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

9100 avtomobil daşıya bilən “Hoegh Autoliners” ilk səfərinə hazırdır

Norveçin “Hoegh Autoliners” gəmiçilik şirkəti yeni avtomobil daşıyan (“PCTC”) gəmisinə adqoyma mərasimi keçirib.

“Seanews.az” xəbər verir ki, “Hoegh Borealis” adlandırılan gəmi, “Jiangsudakı China Merchants Heavy Industry” (“CMHI”, Çin) tərəfindən inşa edilən “Aurora” sinifli “PCTC gəmiləri seriyasından ikincidir.

Yeni gəmi bir neçə gündən sonra gəmiqayırma körpüsündən ilk səfərinə çıxacaq.  

Bu gəmi ilə səfərlər emissiyaları 58%-dək azaldacaq. 2027-ci ildən isə ilk “Aurora” sinifli gəmi karbon emissiyalarını faktiki olaraq aradan qaldıraraq ekoloji cəhətdən təmiz ammonyakla işləyəcək.

Bir səfərdə 9100 avtomobil daşıya biləcək “Hoegh Borealis”-in uzunluğu təxminən 200 metr, eni 37,8 metr, hündürlüyü  6,5 metr, dedveyti 25,2 min ton, ümumi tutumu  83,687 tondur.

Norveç Beynəlxalq Gəmi Reyestrində qeydə alınan gəmi Avropa bazarı üçün elektromobillər daşıyacaq.

2027-ci ilin birinci yarısına qədər “Hoegh Autoliners” hər altı aydan bir “Aurora” sinifli iki gəmi almağı planlaşdırır. Nəticədə bu cür ixtisaslaşmış Ro-Ro gəmilərinin sayı 12-yə çatacaq. Əsası 1927-ci ildə qoyulan “Hoegh Autoliners” (Oslo, Norveç) gəmiçilik şirkəti “Ro-Ro” seqmentində ən böyük dəniz daşıyıcılarından biridir. Şirkətin donanmasına 30-dan çox gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır